FIBA Avropa Kubokunda qrup mərhələsinin 3-cü tur oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, H qrupunda mübarizə aparan Azərbaycan təmsilçisi "Neftçi" bu gün İsveçrədə "Friburq"la (Fribourg) qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Hər iki komanda ilk iki oyununda məğlub olub. Kostas Vasiliadisin baş məşqçisi olduğu "ağ-qaralar" qrupda Yunanıstan təmsilçisi "Mikonos"a (58:78) və Latviyanın VEF (VEF Rīga, VEF Riga) kollektivinə uduzub - 94:110.
FIBA Avropa Kuboku
H qrupu, 3-cü tur
21 oktyabr
22:00. "Friburq" (İsveçrə) - "Neftçi" (Azərbaycan)
Friburq. “Saint Leonard”.
Xal durumu: Mikonos (Yunanıstan) – 6, VEF (Latviya) - 4, Lokomotiv (Plovdiv, Bolqarıstan) – 4, Oradea (Rumıniya) – 3, Neftçi (Azərbaycan) - 2, Friburq (İsveçrə) – 2.