Enrike "Barselona" üzərində qələbədən sonra belə danışdı

Enrike "Barselona" üzərində qələbədən sonra belə danışdı
PSJ-nin (Paris Saint-Germain) baş məşqçisi Luis Enrike (Luis Enrique) UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda "Barselona"ya (Barcelona) qarşı keçirdikləri və 4:2 hesabı ilə qalib gəldikləri oyundan danışıb.
Fanat.Az xəbər verir ki, informasiyanı klubun rəsmi saytı yayıb.
Məlumata görə, ispaniyalı mütəxəssis qarşılaşmanın yüksək səviyyədə keçdiyini və komandasının ilk hissədə əla oyun nümayiş etdirdiyini bildirib.
"Atmosfer möhtəşəm idi! Azarkeşlərimizin hazırladığı tribun şouları, həmişə olduğu kimi, inanılmaz idi. Məncə, hər iki komandanın hücum futboluna üstünlük verdiyi möhtəşəm qarşılaşmanın şahidi olduq. Öz səviyyəmizi ortaya qoyduq. İlk hissədə əla oynadıq, lakin ikinci yarının ilk 15 dəqiqəsində çətinlik çəkdik. Oyuna nəzarəti saxlamaq asan deyildi. Sonradan yenidən qol imkanları yaratmağa başladıq və qələbə qazandıq. Bu, cəmi üç xaldır, amma belə güclü rəqib üzərində qələbə qazanmaq həmişə müsbət haldır", - deyə o bildirib.
Enrike komandasının çətin anların öhdəsindən gəlməsinin vacibliyini də vurğulayıb:
"Belə səviyyəli rəqiblərlə qarşılaşanda oyunun çətin mərhələlərini geridə qoymağı bacarmalısan. Ötən mövsüm "Arsenal" və "Bavariya" (Bayern München, Bayern Munich) kimi komandalarla oyunlarda da oxşar vəziyyətlə üzləşmişdik. Bəzən rəqib oyuna cavab tapır və müdafiəyə çəkilməli olursan. Bu, bizim əsas məqsədimiz deyil, amma bu dəfə çətinliyin öhdəsindən gəldik. Ehtiyat oyunçularımız meydana daxil olduqdan sonra komandaya böyük dəstək verdilər. Çox xoşbəxtik. İndi isə yolumuza davam etməliyik".
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər