"Araz-Naxçıvan"ın 2 futbolçusu "Qəbələ"yə qarşı oynamayacaq

"Araz-Naxçıvan"ın 2 futbolçusu "Qəbələ"yə qarşı oynamayacaq
Misli Premyer Liqasının 9-cu turunda "Qəbələ"ni qəbul edəcək "Araz-Naxçıvan"ın oyuna neçə itki ilə çıxacağı bəlli olub.
Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, naxçıvanlıların çalışdırıcısı Yuri Maksimov (Yuriy Maksimov) bu qarşılaşmada 2 futbolçunun xidmətindən yararlana bilməyəcək.
Hücumçu Ağadadaş Salyanski ötən tur qırmızı vərəqə aldığı üçün cəzalı duruma düşübsə, burkina fasolu müdafiəçi İssuf Paro (Issouf Paro) zədə səbəbindən matçı kənardan izləyəcək.
Qeyd edək ki, "Araz-Naxçıvan" - "Qəbələ" qarşılaşması oktyabrın 23-də keçiriləcək. Şamaxı şəhər stadionunda reallaşacaq qarşılaşmanın start fiti 15:00-da səsləndiriləcək. Hazırda 2 xalı olan "qırmızı-ağlar" turnir cədvəlinin 12-ci - sonuncu pilləsindədirsə, 4 xala malik "qırmızı-qaralar" 10-cu yerdədir.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər