Aslan Kərimov Çempionlar Liqasının oyununu canlı izləyəcək

Aslan Kərimov Çempionlar Liqasının oyununu canlı izləyəcək

Azərbaycan millisinin və "Qarabağ"ın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimov bu gün keçiriləcək UEFA Çempionlar Liqasının oyunlarından birini canlı izləyəcək.

Bu barədə təcrübəli mütəxəssis Fanat.Az-a məlumat verib.

"Bu gün keçiriləcək "Roma" - "Slovan" (Slavia Praha, Slavia Prague (Slavia Praha)) matçına baxacam. İtaliyada UEFA-nın məşqçi maarifləndirmələrinin 15-ci konfransıdır və mən də bura gəlmişəm".

Tərəflər arasında baş tutacaq matçın start fiti saat 23:00-da səsləndiriləcək.

Qeyd edək ki, Aslan Kərimov AFFA-da məşqçilik təhsili şöbəsinin rəhbəridir.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər