"Turan"ın qadınlardan ibarət voleybol komandası CEV Çempionlar Liqasındakı ilk matçında qələbə qazanıb.
Fanat.Az xəbər verir ki, Xorvatiyanın "Mladost" klubu ilə üz-üzə gələn Tovuz təmsilçisi turnirin II təsnifat mərhələsində rəqibini 3:0 (25:20, 25:16, 25:16) hesabı ilə mğlub edib.
Qarşılaşma Tovuz Olimpiya İdman Kompleksində keçirilib.
Qeyd edək ki, "Turan" Xorvatiya təmsilçisi ilə cavab görüşünü oktyabrın 29-da səfərdə keçirəcək.