1-ci Liqa: Binədə "şimal derbisi" keçirilir

1-ci Liqa: Binədə "şimal derbisi" keçirilir
Azərbaycan 1-ci Liqasında 6-cı tur start götürür.
Fanat.Az xəbər verir ki, sabah yekun vurulacaq turun açılış günündə 2 matç baş tutacaq.
Turun mərkəzi görüşündə çempionluğa iddialı iki komanda üz-üzə gələcək. Lider "Şahdağ Qusar" ilə 3-cü pillədə qərarlaşan və prinsipial rəqibindən bir pillə geri qalan "Səbail" Binədə münasibətlərinə aydınlıq gətirəcək. "Şimal derbisi"ni Kamran Əliyev idarə edəcək.
Günün digər qarşılaşmasında "Xankəndi" ilə "Mingəçevir" qarşılaşacaqlar.
Hər iki görüş saat 15:00-da start götürəcək.
1-ci Liqa
6-cı tur
21 oktyabr
15:00. “Şahdağ Qusar” – “Səbail”
Hakimlər: Kamran Əliyev, Orxan İbişov, Asif Abdullayev, İslam Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Binə qəsəbə stadionu.
15:00. “Xankəndi” – “Mingəçevir”
Hakimlər: Murad Səlimov, Məmmədəli Kərimov, Safalı Ağayev, Namiq Bəkirov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər