Portuqaliyalı ulduz zədələndi

Portuqaliyalı ulduz zədələndi
"Yuventus"un (Juventus) futbolçusu Fransişku Konseysau (Francisco Conceição, Francisco Conceicao) zədələnərək sıradan çıxıb.
Fanat.Az xəbər verir ki, informasiyanı Turin təmsilçisinin mətbuat xidməti yayıb.
Aparılan tibbi müayinələrdən sonra portuqaliyalı vingerin təxminən üç həftə yaşıl meydanlardan uzaq qalacağı məlum olub.
Konseysau A Seriyasının "Latsio" (Lazio) ilə matçında sol çiyin oynağının çıxması səbəbindən zədələnib. Qarşılaşmadan sonra həkimlər çıxığı yerinə salsalar da, oktyabrın 19-da keçirilən müayinə zədənin fəsadlarını təsdiqləyib.
Futbolçunun əməliyyat olunmasına ehtiyac duyulmayıb.
Konseysaunun noyabrda milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən sonra meydana qayıtması gözlənilir.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər