Mahir Emrelinin yeni baş məşqçisi bilindi

Mahir Emrelinin yeni baş məşqçisi bilindi
Azərbaycan yığmasının üzvü Mahir Emrelinin formasını geyindiyi “Rakuv” (Raków, Rakow) klubunun baş məşqçisi vəzifəsinə yeni təyinat gerçəkləşib.
Fanat.Az xəbər verir ki, informasiyanı Polşa klubunun mətbuat xidməti yayıb.
Komandanın yeni baş məşqçisi David Szvarqa (Dawid Szwarc, David Szwarqa) olub. 36 yaşlı çalışdırıcı ilə 2027/2028 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
David Szvarqa bu vəzifədə Tomaş Kaçmareki (Tomasz Kaczmarek) əvəz edib.
Mahir Emrelinin yeni baş məşqçisi bilindi
Qeyd edək ki, “Rakuv” Polşa çempionatında topladığı 6 xalla turnir cədvəlinin sonuncu, 18-ci pilləsində yer alır.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər