"Arsenal" Can Uzunla maraqlanır

"Arsenal" Can Uzunla maraqlanır
İngiltərənin "Arsenal" klubu Almaniyanın "Ayntraxt Frankfurt" (Eintracht Frankfurt) komandasında çıxış edən Can Uzunun transferi ilə maraqlanır.
Fanat.Az xəbər verir ki, informasiyanı "CaughtOffside" yayıb.
Mənbənin məlumatına görə, London təmsilçisi 20 yaşlı hücumameyilli futbolçunun nümayəndələri ilə ilkin əlaqə yaradıb.
Türkiyə millisinin üzvü ilə "Aston Villa", "Brayton" (Brighton & Hove Albion) və "Everton" klublarının da maraqlandığı qeyd olunur. Bundan başqa, Dortmund "Borussiya"sı (Borussia Dortmund), "Milan" və "Napoli" də daha əvvəl futbolçunu izləyib.
Can Uzunun "Ayntraxt Frankfurt”la müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Onun müqaviləsindəki sərbəstqalma məbləği 60 milyon avro təşkil edir.
Bununla belə, "Arsenal"ın bu məbləği ödəməyə hazır olduğu dəqiq deyil. Məlumatda klubun futbolçu ilə maraqlandığı, lakin transfer üçün hələlik konkret addım atmasının sual altında olduğu vurğulanır.
Can Uzunun hazırda Frankfurt klubundan ayrılmağa çalışmadığı da bildirilir.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər