FIBA Avropa Kubokunda qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi "LANDAU Lions" da bu gün növbəti avrokubok matçına çıxacaq.
"Şirlər" Danimarkada "Bakken Birs"in (Bakken Bears) qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Qeyd edək ki, "LANDAU Lions" ilk iki oyunda məğlub olub. Komandamız ilk turda evdə "Lions de Geneve"yə (83:105), 2-ci turda isə səfərdə "Prievidza"ya (84:108) uduzub.
FIBA Avropa Kuboku
G qrupu, 3-cü tur
21 oktyabr
20:30. Bakken Birs (Danimarka) - LANDAU Lions (Azərbaycan)
Risskov. "Vejlby-Risskov".
Xal durumu: Benfika (Portuqaliya) – 4 xal, Dənizli Basket (Türkiyə) - 3, Bakken Birs (Danimarka) - 3, Lions de Geneve (İsveçrə) - 3, Prievidza (Slovakiya) – 3, LANDAU Lions (Azərbaycan) – 2.