EEVZA: U-20 Polşa ilə üz-üzə

EEVZA: U-20 Polşa ilə üz-üzə
Bu gün Azərbaycanın 20 yaşadək qadınlardan ibarət voleybol millisi Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayır.
Fanat.Az xəbər verir ki, Gürcüstanın Rustavi şəhərində keçirilən EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatında yığmamızın ilk rəqibi Polşa (Polska, Poland) seçməsi olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 15:30-da start götürəcək.
Gökhan Edmanın baş məşqçisi olduğu kollektiv sabah - oktyabrın 24-də Latviya (Latvija, Latvia) ilə münasibətlərə aydınlıq gətirəcək.
EEVZA
24 oktyabr
15:30. Polşa ( U-20) – Azərbaycan ( U-20)
Gürcüstan, Rustavi.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər