“Real Madrid” “Mançester Siti”nin (Manchester City) hücumçusu Erlinq Holandı (Erling Haaland) transfer edəcəyi halda Kilian Mbappe (Kylian Mbappé, Kylian Mbappe) və ya Vinisius Junioru (Vinícius Júnior, Vinicius Junior) satmağa hazırdır.
Fanat.Az xəbər verir ki, informasiyanı “FichajesNet” yayıb.
Norveçli ulduz futbolçu uğrunda Madrid klubunun rəqibləri arasında “Barselona” (Barcelona) və PSJ (Paris Saint-Germain) də var.
“Real Madrid”in Holand transferi üçün ciddi addımlar atdığı bildirilir.