“FIFA U-20 World Cup 2027™”nin tarixi rəsmən açıqlanıb

“FIFA U-20 World Cup 2027™”nin tarixi rəsmən açıqlanıb

Bu gün FIFA Şurası Bürosunun iclası keçirilib. İclasda Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi “FIFA U-20 World Cup 2027™”nin tarixi rəsmən açıqlanıb.

Fanat.Az xəbər verir ki, 20 yaşadək futbolçulardan ibarət komandalar arasında yarış 2027-ci il sentyabrın 17-dən oktyabrın 9-dək təşkil olunacaq. Dünya çempionatı 24 komandanın iştirakı ilə keçiriləcək.

Qeyd edək ki, turnirin rəsmi brendi oktyabrın 16-da təqdim olunub. Gənc futbolçulara və onları dəstəkləyən azarkeşlərə ünvanlanan “Bu oyun sənlikdir” rəsmi şüarı yeni nəsil futbol ulduzlarını tarix yazmağa dəvət edir.

Həmçinin FIFA U-20 Dünya Çempionatı 2027-nin rəsmi brendi Bakının simvolik məkanlarından olan Qız Qalasında, eyni zamanda Bakı Olimpiya Stadionunda xüsusi proyeksiya ilə nümayiş etdirilib.

FIFA U-20 Dünya Çempionatı 2027-ni stadionlardan izləmək istəyən azarkeşlər bilet satışı ilə bağlı məlumat almaq üçün FIFA.com/tickets səhifəsində qeydiyyatdan keçə bilərlər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər