"Şəfa"nın futbolçusu ağır zədə aldı

"Şəfa"nın futbolçusu ağır zədə aldı
Misli Premyer Liqasının (MPL) 9-cu turunda "Kəpəz"i qəbul edəcək "Şəfa"nın heyəti ilə bağlı son vəziyyət bəlli olub.
Bu barədə Fanat.Az-a "hepardlar"ın sözçüsü Heybət Məmmədov məlumat verib:
"Cəzalı futbolçu yoxdur. Zədəli müdafiəçi Nurhan Hacıyevdir. Hacıyev əvəzedici komandanın oyununda ciddi xəsarət alıb. Onun xaçvari diz bağları qopduğu üçün əməliyyat ediləcək".
"Şəfa" - "Kəpəz" oyunu oktyabrın 24-də keçiriləcək. "SOCAR Polymer Arena"da reallaşacaq qarşılaşmanın start fiti 16:30-da səsləndiriləcək.
Nurhan Hacıyevin MPL oyunlarında adı iştirak ərizəsinə salınsa da, hələ Bakı klubunun forması ilə elitada debüt etməyib.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər