Cavadov "Sabah" - "Qarabağ" matçı ərəfəsində belə danışdı

Cavadov "Sabah" - "Qarabağ" matçı ərəfəsində belə danışdı
Misli Premyer Liqasının 9-cu turunda "Sabah" doğma meydanda "Qarabağ" ilə qarşılaşacaq.
Futbol mütəxəssisi, Azərbaycan millisinin və Ağdam təmsilçisinin sabiq oyunçusu Vaqif Cavadov ilə əlaqə saxlayıb qarşılaşma barədə fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Bizi çox gözəl ab-hava və maraqlı oyun gözləyir. Çünki hər iki komanda son dövrlərdə çox yaxşı çıxış edir və "Sabah" da "Qarabağ" da baxımlı futbol sərgiləyir. Ona görə də onların matçına baxmaq çox maraqlı olacaq. Hər iki komanda çempionluq uğrunda mübarizə aparır və bu görüşdə hər iki tərəf üçün üç xal vacibdir. Ona görə də oyunun yaxşı keçəcəyinə şübhəm yoxdur. İnanıram ki, azarkeşlər üçün də baxımlı görüş olacaq".
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər