Misli Premyer Liqasının 9-cu turunda "Neftçi" ilə üz-üzə gələcək "Turan Tovuz"un heyəti ilə bağlı son vəziyyət bəlli olub.
Bu barədə Fanat.Az-a qərb təmsilçisinin sözçüsü Süleyman Tağıyev məlumat verib:
"Cəzalı oyunçumuz yoxdur. Ancaq moldovalı futbolçumuz Denis Marandiçi (Denis Marandiuc, Denis Marandici) zədə səbəbindən matçda iştirak etməyəcək. Başqa zədəli oyunçu yoxdur".
Qeyd edək ki, "Neftçi" - "Turan Tovuz" qarşılaşması oktyabrın 24-də baş tutacaq. "Palms Sports Arena"da reallaşacaq matçın start fiti 19:00-da səsləndiriləcək. Bakı təmsilçisi 17 xalla turnir cədvəlinin 2-ci, 14 xala malik Tovuz komandası isə 4-cü pilləsində mövqe tutub.
Əlisahib İbrahimli