"İki-üç matçda qələbə qazanmağa bəs edəcək sayda şansı qaçırdıq" - Röyal Nəcəfov

"İki-üç matçda qələbə qazanmağa bəs edəcək sayda şansı qaçırdıq" - Röyal Nəcəfov

1-ci Liqanın 6-cı turu çərçivəsində dünən Şamaxıda "Mingəçevir"i qəbul edən "Xankəndi" 0:1 hesabı ilə məğlub oldu. Qarabağ təmsilçisinin baş məşqçisi Röyal Nəcəfovla əlaqə saxlayıb yenlgini şərh etməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Əvvəlki açıqlamalarımda da demişəm ki, komandanın sabitliyə qovuşmasına müəyyən vaxt lazımdır. "Mingəçevir"ə məğlubiyyətin əsas səbəbi yaxaladığımız qol fürsətlərini dəyərləndirə bilməməyimiz oldu. "Mingəçevir"ə 90 dəqiqə təzyiq etdik, yaxşı şanslarımız oldu. Təəssüf ki, yekunda uduzduq. Qol buraxdığımız epizodda müdafiəçimiz səhv etdi və top rəqib futbolçunun önünə düşdü. Rəqib hesabı açandan sonra da geridönüş imkanlarımız az deyildi. Bir yox, iki-üç matçda qələbə qazanmağa bəs edəcək sayda şansı qaçırdıq".
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər