Misli Premyer Liqasının 9-cu turunda "Sabah" doğma meydanda "Qarabağ" ilə qarşılaşacaq.
Azərbaycan millisinin və "bayquşlar"ın sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb oyunla bağlı fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Hər iki tərəf çempionluq uğrunda mübarizə aparan komandalardır. Bu baxımdan, maraqlı oyun izləyəcəyik. Hazırkı vəziyyət elədir ki, məncə, performans baxımından hər iki komanda eyni səviyyədə görünür. Təbii ki, "Sabah" fikrini Çempionlar Liqasına yönəltsə də, Azərbaycan Premyer liqasını unutmur və ona da diqqət yetirir. "Qarabağ"da isə hazırda uyğunlaşma prosesi gedir. Futbolçular yavaş-yavaş özlərinə gəlirlər. Ona görə də hesabı və nəticəni proqnozlaşdırmaq çox çətindir. Amma düşünürəm ki, qarşıda bizi bol qollu bir oyun gözləyir. Güclü komanda qalib gəlsin!"
Qeyd edək ki, tərəflər arasında görüş oktyabrın 25-də baş tutacaq. Matçın start fiti saat 18:00-da səsləndiriləcək.
Əlisahib İbrahimli