Azərbaycanın 9 stolüstü tennisçisi Riqada uğur qazanmağa çalışacaq

Azərbaycanın 9 stolüstü tennisçisi Riqada uğur qazanmağa çalışacaq
Azərbaycanın 9 stolüstü tennisçisi Latviyanın paytaxtı Riqada təşkil olunacaq "Riga City Youth Cup 2026" beynəlxalq turnirinə qatılacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidməti yayıb.
Ənənəvi yarışda idmançılar qadınlardan ibarət milli komandanın baş məşqçisi Fərhad İsmayılov, gənc oğlanlardan ibarət seçmənin baş məşqçisi Ramil Cəfərov və məşqçi Rüfət Əliyevanın rəhbərliyi ilə çıxış edəcəklər. Turnirdə oğlanların mübarizəsində Elşən Hüseynov, Uğur Nəzərli, Tunar Bağırov və Ruslan Kərimov, qızların yarışında isə Nigar Mahmudova, Yağmur Məmmədli, Arzu Aslanova, Xədicə Babazadə və Şəbnəm Mansurova bacarıqlarını nümayiş etdirəcəklər.
Qeyd edək ki, oktyabrın 23-də start götürəcək beynəlxalq yarışa ayın 25-də yekun vurulacaq.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər