"Sabah" futbol klubu uzun illər komandanı tək qoymayan sadiq azarkeşləri üçün xüsusi addım atıb.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi yeni ev sahibliyi edəcəyi “Sabah Arena”da Masazır sakinlərinə özəl tribuna ayırıb.
Klub rəhbərliyi illərdir sevinc və kədəri komanda ilə bölüşən azarkeşlərin sədaqətinin rəmzi olaraq yeni məkanda “Masazır tribunası”nın fəaliyyət göstərəcəyini bəyan edib
Şüarını “Stadionumuz dəyişsə də, dəyərlərimiz dəyişmir!” olaraq müəyyənləşdirən "Sabah" bu addımı ilə yerli azarkeş kütləsinə olan diqqətini bir daha nümayiş etdirib.