UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində reallaşacaq "Sabah" - "Borussiya" (Dortmund, Almaniya) görüşünə neçə bilet satıldığı bəlli olub.
"Bayquşlar"ın mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, paket satışlar da nəzərə alınmaqla, artıq 56 000 bilet öz sahibini tapıb.
Almaniya nəhənginin fanatları isə 1 700-dən çox bilet alıblar.
Qeyd edək ki, "Sabah" - "Borussiya" matçı sabah keçiriləcək. Bakı Olimpiya Stadionunda baş tutacaq oyunun start fiti 20:45-də səsləndiriləcək.
Toğrul