Bu gün Misli Premyer Liqasında 9-cu tur start götürəcək.
Fanat.Az xəbər verir ki, turun ilk günündə iki oyun baş tutacaq.
Əvvəlcə autsayder mövqeyində qərarlaşan “Araz-Naxçıvan” ilə “Qəbələ” qarşılaşacaq. Ev oyunlarını Şamaxıda keçirən Naxçıvan təmsilçisi rəqibini sözügedən məkanda qəbul edəcək.
Günün digər qarşılaşmasında “Zirə” “Sumqayıt”ı sınağa çəkəcək. Son 5 oyunda qələbəyə həsrət qalan qəsəbə təmsilçisi evdə tilsimi qırmağa çalışacaq.
Qeyd edək ki, tur çərçivəsində “Şəfa” – “Kəpəz” və “Neftçi” – “Turan Tovuz” qarşılaşmaları sabah, “İmişli” – “Şamaxı” və “Sabah” – “Qarabağ” duelləri isə bazar günü keçiriləcək.
Misli Premyer Liqası
9-cu tur
23 oktyabr
15:00. "Araz-Naxçıvan" – "Qəbələ"
Hakimlər: Əkbər Əhmədov, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə, Fərid Hacıyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Tərlan Talıbzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı şəhər stadionu.
“Araz-Naxçıvan”: 99. Tərlan Əhmədli, 2. Abdulla Rzayev, 8. Mustafa Əhmədzadə, 27. Boyan Letiç (Bojan Letić, Bojan Letic), 6. Patrik Andrade (k), 11. Mohamed Mara, 36. Mamadu Kane (Mamadou Kané, Mamadou Kane), 12. Bruno Franko (Bruno Franco), 10. Şarl Boli (Charles Boli), 5. Luka Dumançiç (Luka Dumančić, Luka Dumancic), 23. Alberto Fernandes.
Ehtiyat oyunçular: 1. Artur Auqusto (Artur Augusto), 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 26. Ömər Buludov, 29. Ceyhun Nuriyev, 13. Qabil Əlizadə, 22. Rəşad Həsənov, 19. Abdallah Sudi.
Baş məşqçi: Yuri Maksimov (Yuriy Maksimov).
“Qəbələ”: 1. Səlahət Ağayev (k), 4. Elvin Camalov, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade (Ismaheel Akinade), 23. Rafael Utziq (Rafael Utzig), 8. Endri Çekici (Endri Çekiçi, Endri Cekici), 6. Xayme Syerra (Jaime Sierra), 12. Kouya Mabea, 16. İsaak Amoah (Isaac Amoah), 3. Edson Eduardo.
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 21. Ziya Şəkərxanov, 9. Karim Rossi, 7. Bruno Silva, 5. Natan Monzanqo (Nathan Monzango), 80. Meşak Uboçioma (Meshack Ubochioma).
Baş məşqçi: Yeton Bekir (Jeton Beqiri).
19:00. "Zirə" – "Sumqayıt"
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, İslam Məmmədov.
VAR: Kamal Umudlu.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Zirə İdman Kompleksinin stadionu.