Portuqaliyanın məşhur futbol səhifələrindən olan "Oportunidades" Azərbaycan Premyer Liqasında mübarizə aparan "Şamaxı" klubunun uğurlu çıxışına diqqət çəkib.
Fanat.Az xəbər verir ki, paylaşılan yazıda komandadakı portuqaliyalı futbolçuların – Rikardu Fernandes (Ricardo Fernandes), Ruy Paşeku (Rui Pacheco), Joao Oliveyra (João Oliveira, Joao Oliveira), Apolinario (Apolinário) və Filipe Markezin (Filipe Marques) komandanın uğurundakı böyük payı xüsusi vurğulanıb.
Portuqaliya mətbuatı evindən 5000 km uzaqda çıxış edən bu futbolçuların "Şamaxı"da parlaq mövsüm keçirdiyini və bölgə təmsilçisinin çempionatda yalnız çempionluğun əsas namizədi olan "Qarabağ"a məğlub olduğunu qeyd edib.
Kamil Xudiyev