Barış Alper Yılmaz derbidə oynamayacaq?

Barış Alper Yılmaz derbidə oynamayacaq?
Türkiyənin "Qalatasaray" (Galatasaray) klubunun aparıcı oyunçularından Barış Alper Yılmaz Superliqanın 9-cu turunda "Fənərbağça"ya (Fenerbahçe, Fenerbahce) qarşı keçiriləcək matçda iştirak etməyə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sabah" yayıb.
Futbolçu Fransada "Lill" (Lille) üzərində qazanılan 4:2 hesablı qələbə ilə başa çatan görüşdə ayağındakı ağrılara baxmayaraq oynayıb. Matçdan sonra isə onun ağrıları daha da şiddətlənib.
Barış Alper Yılmazın qarşıdakı oyunda meydana çıxıb-çıxmayacağı əlavə tibbi müayinələrin nəticəsindən sonra bəlli olacaq.
Qeyd edək ki, "Qalatasaray" və "Fənərbağça" komandaları arasında qarşılaşma oktyabrın 26-da keçiriləcək. Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər