MPL: "Araz-Naxçıvan" ilk qələbə arzusunda, "Zirə" "qara zolaq"dan çıxmaq əzmindədir

MPL: "Araz-Naxçıvan" ilk qələbə arzusunda, "Zirə" "qara zolaq"dan çıxmaq əzmindədir
Bu gün Misli Premyer Liqasında 9-cu tur start götürəcək.
Fanat.Az xəbər verir ki, üç günü əhatə edən turun ilk günündə iki qarşılaşma baş tutacaq.
Açılış oyunu Şamaxıda reallaşacaq. Adıçəkilən məkanda autsayderlər "Araz-Naxçıvan" ilə "Qəbələ" münasibətlərinə aydınlıq gətirəcəklər. Naxçıvan təmsilçisi çempionatda ilk qələbəsini qazanmağa çalışacaq ki, bununla da sonuncu pillədən qurtulmaq mümkün olacaq. "Qırmızı-qaralar" isə təhlükəli zonadan uzaqlaşmaq üçün qələbəyə can atır. Prinsipial matç debütant hakim Əkbər Əhmədova tapşırılıb.
Günün ikinci qarşılaşmasında isə “Zirə” “Sumqayıt”la üz-üzə gələcək. Son 5 oyunda qələbəyə həsrət qalan qəsəbə təmsilçisi bu dəfə tilsimi qırmağa səy göstərəcək. Zirədə baş tutacaq matçı FİFA referisi Tural Qurbanov idarə edəcək.
Misli Premyer Liqası
9-cu tur
23 oktyabr
15:00. "Araz-Naxçıvan" – "Qəbələ"
Hakimlər: Əkbər Əhmədov, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə, Fərid Hacıyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Tərlan Talıbzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı şəhər stadionu
19:00. "Zirə" – "Sumqayıt"
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, İslam Məmmədov.
VAR: Kamal Umudlu.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Zirə İdman Kompleksinin stadionu.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər