Azərbaycan qitədə neçəncidir? - UEFA reytinqi

Azərbaycan qitədə neçəncidir?  - UEFA reytinqi
Ötən gün Avropa və Konfrans Liqasının Liqa mərhələsində keçirilən oyunlarda qeydə alınan nəticələrə əsasən ölkələrin UEFA reytinqi yenilənib.
Fanat.Az-ın məlumatına görə, Azərbaycan ikinci və üçüncü dərəcəli klub turnirlərinin əsas mərhələsində təmsil olunmasa da, dünənki oyunlardan sonra əmsallar cədvəlində mövqeyi dəyişməz qalıb.
Cari mövsümdə qazanılan əmsalımız 5.625-yə bərabərdir. Bunun 3.500 əmsalı "Sabah"ın, 1.250-i "Qarabağ"ın, 0.625-i "Zirə"nin, 0.250-si isə "Neftçi"nin payına düşür.
Ölkənin ümumi xal ehtiyatı isə 24.187-dir.
Azərbaycanın qitə sıralamasında 24-cü yerdədir. Ən yaxın izləyicimiz İsrailin 24.125 əmsalı var. Beer-Şeva "Hapoel"inin (Hapoel Be'er Sheva) Belçikada "Yunion"a (Union Saint-Gilloise) 0:4 hesabı ilə uduzması İsrailin Azərbaycanı qabaqlamasına əngəl olub. Bir pillə öndə - 23-cü yerdə qərarlaşan Ukraynanın ümumi qazancı isə 24,837-yə bərabərdir.
55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (106.463) başçılıq edir.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər