Bu gün Azərbaycan Basketbol Liqasında 4-cü tur start götürəcək.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.
Son ölkə çempionu "Sabah" "Naxçıvan"ı sınağa çəkəcək. Milli Gimnastika Arenasında baş tutacaq görüş saat 19:00-da başlayacaq.
Rəqiblərindən bir oyun az keçirən "Sabah" 4 xalla zirvədə, "Naxçıvan" isə eyni xalla 3-cü yerdə qərarlaşıb.
ABL
4-cü tur
23 oktyabr
19:00. “Sabah” - “Naxçıvan”
Bakı. Milli Gimnastika Arenası.
Qeyd edək ki, turun qalan oyunları 24 oktyabr (15:00. NTD - “Ordu”) və 25 oktyabrda (15:00. “Neftçi” - “Gəncə”, 18:00. “LANDAU Lions” - “Sumqayıt”) keçiriləcək. Açılış oyunundan fərqli olaraq, həftəsonu baş tutacaq qarşılaşmalar Bakı İdman Sarayında keçiriləcək.
1. Sabah 2 2 0 +35 4
2. Neftçi 2 2 0 +21 4
3. Naxçıvan 2 2 0 +13 4
4. Sumqayıt 3 1 2 -11 4
5. LANDAU Lions 2 1 1 +24 3
6. Gəncə 2 1 1 +0 3
7. NTD 3 0 3 -76 3
8. Ordu 2 0 2 -6 2