Fransa mətbuatı PSJ-nin (Paris Saint-Germain) vingeri Xviça Kvaratsxelyanın (Khvicha Kvaratskhelia) nə vaxt meydana qayıda biləcəyini təxmin etməyə çalışır.
Fanat.Az xəbər verir ki, gürcüstanlı futbolçu çərşənbə axşamı Çempionlar Liqasının "Barselona"ya (Barcelona) qarşı oyununda (4:2) ciddi zədə alıb.
Əvvəlcə oyunçunun 2026/27 mövsümünün sonunda geri dönməyə hazır olacağı bildirilirdi. "Strasburq" (Strasbourg) klubunun baş həkimi Fransua Pietranın (François Pietra) sözlərinə görə, bu, çox az ehtimal olunur. O, "Lequipe" qəzetinə verdiyi müsahibədə belə deyib: "PSJ yalnız ön çarpaz bağın cırılmasından bəhs edir, lakin sağalma prosesini ləngidə biləcək hər hansı müşayiət olunan zədələri açıqlamır. Xviçanın mövsümün sonuna qədər yenidən oynaya bilməsi möcüzə olardı. Xüsusilə də sağalma prosesi zamanı hər hansı bir fəsad kifayətdir ki, hər şey bitsin. Yəni zədəsi 2026-27 mövsümünün sonuna qədər sağalsa belə, Kvaratsxeliya rəsmi matçlara qayıtmazdan əvvəl ritmini, intensivliyini və özünəinamını bərpa etmək üçün vaxta ehtiyac duyacaq. Hətta intensiv mövsümöncəsi məşqlərlə belə, bu, onun üçün çox çətin olacaq".
Ötən mövsüm bütün turnirlərdə 48 matça çıxan Kvaratsxeliya 19 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Gürcü oyunçunun hesabında cari "futbol ili"ndə 2 qol və 1 assist var. "Transfermarkt" portalı onun transfer qiymətini 140 milyon avro məbləğində dəyərləndirir.
Mirağa