“Mançester Siti”nin (Manchester City) baş məşqçisi Enzo Mareska (Enzo Maresca) Erlinq Holandın (Erling Haaland) zədəsi ilə bağlı açıqlama verib.
Fanat.Az xəbər verir ki, informasiyanı klubun rəsmi saytı yayıb.
Təcrübəli çalışdırıcı norveçli hücumçunun şənbə günü “Aston Villa” ilə keçiriləcək oyunda iştirak etməyə tam hazır olduğunu bildirib.
Holand ötən həftəsonu “İpsviç Taun”la (Ipswich Town) matçda iki qol vurduqdan sonra meydanı axsayaraq tərk edib.
O, Çempionlar Liqasında AEK-lə (AEK Athens) qarşılaşmada iştirak etməsə də, ehtiyat oyunçular skamyasında yer alıb.
Baş məşqçi Holand barədə belə deyib:
“Erlinq 100 faiz hazırdır”.
Əlisahib İbrahimli