Dünya ulduzu “Qızıl Top”a favoritini açıqladı

Dünya ulduzu “Qızıl Top”a favoritini açıqladı
“Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays (Declan Rice) İngiltərə millisindən komanda yoldaşı olan Harri Keynin (Harry Kane) 2026-cı il “Qızıl top” mükafatını qazanmağa layiq olduğunu bildirib.
Fanat.Az xəbər verir ki, informasiyanı “TNT Sports” yayıb.
Məlumata görə, Rays bu fikirləri UEFA Çempionlar Liqasının əsas mərhələsində “Bayern Münhen” (Bayern München, Bayern Munich) ilə “Arsenal” arasında keçirilən və 2:2 hesabı ilə başa çatan oyundan sonra səsləndirib.
Münhen klubunun hücumçusu həmin qarşılaşmada komandasının hər iki qolunda iştirak edib. O, əvvəlcə Alfonso Deyvisə (Alphonso Davies) məhsuldar ötürmə verib, daha sonra isə penaltini dəqiq yerinə yetirib.
Rays Keynin çıxışını yüksək qiymətləndirərək deyib:
“Fikrimcə, o, mükafatın açıq-aşkar qalibidir. Statistikası hər şeyi deyir. Onun keçirdiyi il möhtəşəm olub. Onunla bir komandada oynayanda nə qədər yaxşı futbolçu olduğunu anlayırsan”.
Keyn ötən mövsüm klub və milli komanda səviyyəsində 73 qol vurub. O, “Qızıl top” uğrunda mübarizədə Lamin Yamal (Lamine Yamal) və Kilian Mbappe (Kylian Mbappé, Kylian Mbappe) kimi futbolçularla rəqabət aparır. Mükafatın qalibi oktyabrın 26-da Londonda keçiriləcək mərasimdə bəlli olacaq.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər