"Fənərbağça" 2 ulduzunu derbidə oynada bilməyəcək

"Fənərbağça" 2 ulduzunu derbidə oynada bilməyəcək
"Fənərbağça" (Fenerbahçe, Fenerbahce) klubu Marko Asensionun (Marco Asensio) üç ay, Natan Akenin (Nathan Aké, Nathan Ake) isə üç həftə yaşıl meydanlardan kənarda qalacağını açıqlayıb.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi futbolçuların zədələri ilə bağlı rəsmi məlumat yayıb.
Klubun açıqlamasında bildirilib ki, Marko Asensio İspaniyada, komandanın həkiminin nəzarəti altında sol diz oynağındakı qığırdaq zədəsi ilə əlaqədar artroskopik əməliyyat keçirib. Onun müalicə və reabilitasiya prosesinin təxminən üç ay davam edəcəyi gözlənilir.
Çexiyanın "Slaviya" (Slavia Praha, Slavia Prague) komandası ilə oyunda zədələnən Natan Akenin də vəziyyəti açıqlanıb. Müayinələr nəticəsində futbolçunun sağ ayağının arxa əzələsində orta dərəcəli dartılma aşkarlanıb. Onun bərpa prosesinin təxminən üç həftə çəkəcəyi bildirilir.
Qeyd edək ki, bu zədələr səbəbindən hər iki futbolçunun "Qalatasaray"la (Galatasaray) derbidə iştirakı mümkün görünmür.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər