"Barselona"da "El-Klasiko" öncəsi gözlənilməz qərar

"Barselona"da "El-Klasiko" öncəsi gözlənilməz qərar

PSJ (Paris Saint-Germain) ilə oyunda özünü yaxşı tərəfdən göstərən gənc müdafiəçi Xavi Espart baş məşqçi Hansi Flikin (Hansi Flick) diqqətini cəlb edib.

Fanat.Az xəbər verir ki, onun "Real Madrid"lə "El-Klasiko" matçında da start heyətində meydana çıxmaq şansı var.

İnformasiyanı AS yayıb.

Məlumata görə, Espart PSJ ilə qarşılaşmada rəqibin ulduz futbolçusu Xviça Kvaratsxeliyanı (Khvicha Kvaratskhelia) zərərsizləşdirməklə yanaşı, qol da vurub. Onun sağ cinah müdafiəçisi mövqeyində çıxışı məşqçilər heyətində müsbət təəssürat yaradıb. Jül Kunde (Jules Koundé, Jules Kounde) topuq nahiyəsindəki zədə səbəbindən "El-Klasiko"da start heyətində oynamaq üçün hazır olmaya bilər. Bu vəziyyət Espartın əsas heyətdə meydana çıxmaq ehtimalını artırır.
Qeyd edək ki, tərəflər arasında görüş oktyabrın 26-da baş tutacaq. Matçın start fiti saat 00:00-da səsləndiriləcək.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər