"Arsenal" İtaliyanın "Monza" klubunun gənc hücumçusu Qustavo Varela (Gustavo Varela) ilə yaxından maraqlanır.
Fanat.Az "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, 21 yaşlı futbolçunun mövsümə parlaq başlaması böyük klubların diqqətini çəkib.
Gənc hücumçu A Seriyasında keçirdiyi 6 oyunda 6 qola imza ataraq diqqət mərkəzinə düşüb.
Varela ilə eyni zamanda İtaliyanın digər nəhəng klubu "Napoli" də yaxından maraqlanır. 2030-cu ilə qədər müqaviləsi olan futbolçu üçün "Monza" artan maraq fonunda yaxın zamanlarda rəsmi qiymət müəyyənləşdirəcək.