Braziliyanın "Flamenqo" (Flamengo) klubu heyətini dünya səviyyəli qapıçı ilə gücləndirmək niyyətindədir.
Fanat.Az xəbər verir ki, Braziliya təmsilçisi "Liverpul"un (Liverpool) qolkiperi Alisson Beker (Alisson Becker) Avropadan ayrılmaq qərarı verəcəyi təqdirdə onu transfer etmək istəyir.
Cənubi Amerika klubu təcrübəli qapıçı üçün ciddi və cəlbedici bir təklif hazırlamağı planlaşdırır.
Hələlik rəsmi danışıqlar başlamasa da, bu potensial transfer tamamilə Alissonun verəcəyi gələcək qərardan asılı olacaq.