"Qalatasaray" (Galatasaray) "Mançester Yunayted"in (Manchester United) kapitanı Brunu Fernandesin (Bruno Fernandes) transferi ilə bağlı planlarını təxirə salıb.
Fanat.Az "TEAMtalk"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi portuqaliyalı yarımmüdafiəçiyə olan marağını hazırkı mərhələdə yeniləməmək qərarına gəlib.
Futbolçunun müqaviləsinin bitməsinə 12 aydan az vaxt qalsa da, "Yunayted" sözləşməni daha 1 il uzatmaq opsiyasına sahibdir.
İngiltərə klubu ilə oyunçu arasında yeni müqavilə üzrə danışıqlar davam edir, lakin müqavilənin müddəti tərəflər arasında əsas mübahisə mövzusu olaraq qalır.