FIFA (Fédération Internationale de Football Association) U-15 Dünya Çempionatı və Festivalında Azərbaycan millisi ilk oyununda Timor-Leste yığmasını 6:0 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, qarşılaşmada Müşfiq Namazov və Həsən Mehmedov dubl ediblər.
Yusif Əlizadə və Asif Allahverdizadə də fərqlənərək komandanın qələbəsinə töhfə veriblər.
Matçdan əvvəl turnirin açılış mərasimi keçirilib.
Mərasimdə FIFA prezidenti Canni İnfantino (Gianni Infantino) çıxış edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də qarşılaşmanı izləyənlər arasında olub.