"Bizim üçün utancverici nəticə oldu" - Filipe Kandido

"Bizim üçün utancverici nəticə oldu" - Filipe Kandido
"Sumqayıt" Misli Premyer Liqasının IX turunda səfərdə "Zirə"yə 2:3 hesabı ilə məğlub olub.
Fanat.Az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Filipe Kandido (Filipe Cândido, Filipe Candido) matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:
"Bizim üçün utancverici nəticə oldu. Komandam bundan daha çoxuna layiq idi. Oyuna heç də yaxşı başlamadıq və yersiz top itkilərinə yol verdik. Hesab 0:2 olduqdan sonra futbolçularımın nümayiş etdirdiyi xarakter xoşuma gəldi. Oyunda dönüş yaradacağımıza inanırdım. Fasilədən sonra iki qol vursaq da, yalnız biri hesaba alındı. Şübhəsiz ki, oyunçularım daha çoxunu bacarmağa qadirdir. İnanıram ki, gələcəkdə liqanın iddialı komandalarına qarşı da uğurlu çıxış edəcəyik".
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər