Rəşad Sadıqov "Sumqayıt" üzərində qələbəni belə şərh etdi

Rəşad Sadıqov "Sumqayıt" üzərində qələbəni belə şərh etdi
"Zirə" Misli Premyer Liqasının IX turunda doğma meydanda "Sumqayıt"ı 3:2 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:
"Gözləyirdik ki, şən və baxımlı oyun olacaq. İlk dəqiqələrdən komandalar bir-birinə təzyiq göstərirdi. O dəqiqələrdə bizdə daha yaxşı alınırdı. 30-35-ci dəqiqədən sonra komandada eniş oldu. Çox güc sərf etmişdik, rəqibə presinq etmişdik. O dəqiqələrdə enerjimiz aşağı düşdü, amma rəqibə epizod vermirdik. Komanda 2:2-dən sonra irəli atıldı. Vacib qələbə qazandıq. Rəhbərliyimizi, futbolçularımızı təbrik edirəm.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər