Sabah Misli Premyer Liqasının IX turu çərçivəsində Sumqayıtda "Şəfa"ya qarşı çıxış edəcək "Kəpəz"i 200 azarkeş dəstəkləyəcək.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu oyunla əlaqədar "sarı-göylər"in fanatları xüsusi ayrılmış avtobuslarla səfərə gedəcəklər
Eyni zamanda Bakı və Sumqayıtda yaşayan gəncəli fanatlar da "SOCAR Polymer Arena"ya təşrif buyuracaqlar.
Xatırladaq ki, "Şəfa" - "Kəpəz" matçı sabah saat 16:30-da başlanacaq.