Azərbaycan Basketbol Liqasında 4-cü tur davam edəcək.
Fanat.Az xəbər verir ki, turun ikinci günündə daha bir oyun keçiriləcək.
Günün yeganə qarşılaşmasında NTD ilə "Ordu" üz-üzə gələcək. Bakı İdman Sarayınd baş tutacaq oyun saat 15:00-da başlayacaq.
Xatırladaq ki, tura ötən gün start verilib. Turun açılış oyununda son çempion "Sabah" "Naxçıvan"a uduzub - 83:88.
Turun qalan oyunları ("Neftçi"- "Gəncə" və "LANDAU Lions" - "Sumqayıt") sabah keçiriləcək.
ABL
4-cü tur
24 oktyabr
15:00 NTD – Ordu
Bakı İdman Sarayı.
1. Naxçıvan 3 3 0 +18 6
2. Sabah 3 2 1 +30 5
3. Neftçi 2 2 0 +21 4
4. Sumqayıt 3 1 2 -11 4
5. LANDAU Lions 2 1 1 +24 3
5. Gəncə 2 1 1 +0 3
6. NTD 3 0 3 -76 3
7. Ordu 2 0 2 -6 2