Bu gün Qazaxıstanın Astana şəhərində güləş üzrə dünya çempionatı başlayır.
Fanat.Az xəbər verir ki, yarışın ilk günündə yunan-Roma güləşçiləri döşək üzərinə çıxacaqlar.
Azərbaycanı bu gün yarışda dördqat dünya çempionu Eldəniz Əzizli də daxil olmaqla, dörd yunan-Roma güləşçisi təmsil edəcək.
55 kq-da mübarizə aparan Eldəniz, o cümlədən Qurban Qurbanov (82 kq) mübarizəyə ikinci raunddan başlayacaq.
Murad Məmmədovun (60 kq) ilk rəqibi Türkiyə güləşçisi Enes Başar olacaq. 77 kq çəki dərəcəsində güləşən Sənan Süleymanov isə startda İsami Horikita (Yaponiya) ilə üz-üzə gələcək.