Azərbaycanın daha iki təmsilçisi ABŞ-nin Las-Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında medal qazanıb.
Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Güləş Federasiyası yayıb.
Sərbəst güləşçilərdən Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125 kq) bürünc mükafata sahib çıxıblar.
Cəfərli üçüncü yer uğrunda görüşdə italiyalı Qabriele Nikkoliniyə (Gabriele Niccolini) tam üstünlüklə (10:0) qalib gəlib. Karsanov isə rusiyalı Andrey Bestayevi (Andrey Bestayev) 8:1 hesabı ilə üstələyib.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Elmir Əliyev (60 kq) gümüş, Ruslan Nurullayev (77 kq) bürünc, qadın güləşçilərdən Günay Qurbanova (59 kq) gümüş medal qazanıblar.