Bakıda qol güləşi üzrə ilk dünya komanda çempionatının rəsmi açılış tədbiri təşkil olunub.
Fanat.Az xəbər verir ki, “Elektra Events Hall”da keçirilən mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra Beynəlxalq Armrestlinq Federasiyasının (IFA) prezidenti Marian Kapla və gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək yarış iştirakçılarına uğurlar diləyiblər.
Dünya çempionatında 10 ölkəni təmsil edən 11 komanda qüvvəsini sınayır. Azərbaycan turnirdə iki kollektivlə təmsil olunur. Yarışın yarımfinal və final mərhələləri isə bu gün keçiriləcək.