Nəziri Gəncədəki heç-heçəni belə dəyərləndirdi

Nəziri Gəncədəki heç-heçəni belə dəyərləndirdi
1-ci Liqanın 9-cu turunun mərkəzi qarşılaşması Gəncədə keçirildi. Meydan sahibi "Gəncəbasar" digər iddialı MOİK ilə qolsuz bərabərliyə razılaşdı. Bu nəticədən sonra turnir cədvəlində 3-cü pilləyə düşən Gəncə təmsilçisinin baş məşqçisi Elhad Nəziri ilə əlaqə saxlayıb "quru sülh" barədə fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Bizim üçün hər oyun çətin keçir. Çünki rəqiblər "Gəncəbasar"a qarşı, 100 yox, 200 faiz motvasiya ilə oynayırlar. Açığı, bu mənim üçün sevindirici haldır. Üç ay öncə formalaşmış komandaya qarşı rəqiblərin belə mübarizə aparması ürəyimcədir. Bu oyunda 1 xal 3 xala, 3 xal 6 xala bərabər idi. Futbolçularımı təbrik edirəm. Uşaqlar vuruşdular, qələbə qazanmaq üçün əllərindən gələni etdilər, amma MOİK çox yaxşı müdafiə olundu. Topa nəzarəti götürsək, üstünlük bizim tərəfimizdə idi. Lakin fərdi səhvlərimiz üzündən rəqib bir-iki qol imkanı yaxaladı. Bizim də qol vəziyyətlərimiz oldu. Amma rəqib elə sıx müdafiə olunurdu ki, istəyimizə çata bilmədik. Çempionat başlamamışdan öncə "Gəncəbasar"ın ilk dövrəni birinci yerdəki komandadan 4, ikinci yerdəkindən 1 xal fərqlə üçüncü pillədə başa vuracağını desəydik, bizə inanmazdılar. Ancaq reallıq budur ki, komanda inkişafdadır. Belə oyunlar bizi böyüdür.
Yenə də deyirəm, bu matçda da "Şahdağ Qusar"la oyunda olduğu kimi, bir qol vuran tərəf böyük ehtimalla, qalib olacaqdı. Bir xal da bir xaldır. Qarşıdakı oyunlara hazırlaşacağıq. Oyundan-oyuna inkişaf edən futbolçularımıza, bizi dəstəkləyən azarkeşlərimizə, komandaya belə gözəl şərait yaradan rəhbərliyə təşəkkür edirəm" .
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər