“Mançester Yunayted” Markus Reşfordu satmağa hazırdır

“Mançester Yunayted” Markus Reşfordu satmağa hazırdır
“Mançester Yunayted” (Manchester United) Markus Reşfordun (Marcus Rashford) transferinə yanvar ayında açıqdır.
Fanat.Az xəbər verir ki, ingilis klubunun futbolçunun yüksək maaşı səbəbindən onun ayrılığına müsbət yanaşdığı bildirilir.
Jurnalist Ben Ceykobzun (Ben Jacobs) məlumatına görə, Markus Reşfordun klubda yüksək maaş alması “Mançester Yunayted”i onun satılmasına razı salır.
Ötən mövsüm “Barselona” (Barcelona) Reşfordu icarəyə götürsə də, müqavilədəki 30 milyon avroluq satınalma opsiyasından istifadə etməyib.
“Mançester Yunayted”in yeni hücumçu transfer edəcəyi və yalnız sərfəli təklif olacağı halda Reşfordun komandadan ayrılmasına icazə veriləcəyi qeyd olunur.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər