Azərbaycan yığması Serbiyaya uduzdu

Azərbaycan yığması Serbiyaya uduzdu
Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi 2026/2027 mövsümündə Avropa çempionatının I seçmə mərhələsinə məğlubiyyətlə başlayıb.
Fanat.Az xəbər verir ki, B Liqasının 3-cü qrupunda yer alan yığma səfərdə Serbiya (Srbija, Serbia) komandası ilə qarşılaşıb.
Stara Pazova şəhərində yerləşən Serbiya Futbol Assosiasiyasının İdman Mərkəzinin 1-ci meydançasında təşkil olunan görüş rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-19 qrupda növbəti matçlarını noyabrın 29-da Şimali Makedoniya (North Macedonia), dekabrın 2-də isə Monteneqro (Crna Gora, Montenegro) seçmələrinə qarşı keçirəcək.
Toğrul
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər