ÇL: "Sabah" "Barselona" ilə tarixi matça çıxır

ÇL: "Sabah" "Barselona" ilə tarixi matça çıxır
UEFA Çempionlar Liqasının Liqa mərhələsində 5-ci tur davam edir.
Fanat.Az xəbər verir ki, bu gün Azərbaycan çempionu "Sabah" tarixi matça çıxacaq.
Valdas Dambrauskasın baş məşqçisi olduğu "bayquşlar" İspaniya nəhəngi “Barselona” (Barcelona) ilə qarşılaşacaq. Bakı Olimpiya stadionunda keçiriləcək tarixi görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakimi Nikolas Uolş (Nick Walsh) olacaq.
Qeyd edək ki, "Sabah" əvvəlki 4 turda 3 xal qazanıb və hazırda Liqa mərhələsinin ümumi turnir cədvəlində 30-cu yerdədir.
"Sabah" ÇL-də növbəti matçını 8 dekabrda İspaniyanın digər təmsilçisi "Vilyarreal"a (Villarreal) qarşı keçirəcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 5-ci tur
25 noyabr
21:45. “Sabah” (Azərbaycan) – “Barselona” (İspaniya)
Hakimlər: Nikolas Uolş, Frensis Konor (Francis Connor), Daniel Makfarleyn (Daniel McFarlane), Donald Robertson (hamısı Şotlandiya).
Bakı. Olimpiya Stadionu.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər