Ervins Perkons “İmişli”nin baş məşqçisi təyin olunub.
Fanat.Az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Bir müddətdir komandada müvəqqəti olaraq baş məşqçinin vəzifələrini icra edən Perkonsla 6 ay + 2 il müddətinə müqavilə imzalanıb.
Xatırladaq ki, Perkons cari mövsümün əvvəlində əyalət klubunda köməkçi-məşqçi kimi fəaliyyətə başlayıb.