"Şamaxıdan 3 xalla qayıtmaq bizim üçün çox vacibdir" - "Turan Tovuz"un futbolçusu

"Şamaxıdan 3 xalla qayıtmaq bizim üçün çox vacibdir" - "Turan Tovuz"un futbolçusu
Misli Premyer Liqasının 12-ci turu çərçivəsində "Turan Tovuz" "bərk qoz" imici formalaşdıran "Şamaxı"nın qonağı olacaq. Sabah baş tutacaq matç ərəfəsində qərb təmsilçisinin müdafiəçisi Faiq Hacıyevlə əlaqə saxlayıb səfər qarşılaşmasından nə gözlədiyini və bu görüşdə meydana çıxacağına inanıb-inanmadığını soruşduq.
Cari mövsüm daha çox ehtiyatda qalan Faiqin Fanat.Az-a açıqlaması belə oldu:
"Əlbəttə, bizi çətin oyun gözlədiyini bilirik. Baş məşqçinin bizdən nə tələb etdiyinin fərqindəyik. Sabah yaxşı oyunla qələbə qazanmaq istəyirik. Şamaxıdan 3 xalla qayıtmaq bizim üçün çox vacibdir.
Özüemə gəlincə, hər zaman 100 faiz hazır oluram. Oynaya da bilərəm, oynamaya da... Yekun qərarı baş məşqçi verəcək. Şans qazanacağım halda, meydanda əlimdən gələnin ən yaxşısını etməyə hazıram".
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər