Bu gün Misli Premyer Liqasında 12-ci tur start götürür.
Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək turun açılış oyunu Yevlaxda keçiriləcək.
Birinci dövrəni turnir cədvəlinin beşinci pilləsində başa vuran “Zirə” “İmişli”nin qonağı olacaq.
Günün digər qarşılaşması Sumqayıtda baş tutacaq. Son çempion "Sabah" "Sumqayıt"ın qonağı olacaq. Bu görüş "bayquşlar" üçün "Barselona" (Barcelona) ilə ÇL matçı öncəsi son sınağı olacaq.
Qeyd edək ki, turun qalan oyunları şənbə (“Şamaxı” – “Turan Tovuz”, “Şəfa” – “Qəbələ”) və bazar (“Araz-Naxçıvan” – “Neftçi, “Kəpəz” – “Qarabağ”) günləri keçiriləcək.
Misli Premyer Liqası
12-ci tur
20 noyabr
14:30. “İmişli” – “Zirə”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Nazim Abdullayev.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Kərim Zeynalov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Yevlax şəhər stadionu.
“İmişli”: 1. Yusif İmanov, 19. Azər Salahlı (k), 77. Fərid Nəbiyev, 5. İdris İnqilablı, 17. Seyxan Fərəcov, 70. Mehdi Tahirov, 33. Əkbər Eyubov, 13. Rafael Vieqaş (Rafael Viega), 21. Ronaldo de Souza, 9. Dioqo Almeyda (Diogo Almeida), 7. Luis Silvestr (Luis Silvestre).
Ehtiyat oyunçular: 22. Sadiq Məmmədzadə, 99. İmam Əli, 3. Tuncay Yusifli, 55. Murad Ələkbərov, 30. Xəlil Mürsəlli, 87. Toğrul Haqverdiyev, 6. Yau Mozes (Yaw Moses), 10. Dioqo Kardozu (Diogo Cardoso), 8. Xuan Hernandes (Juan Hernández, Juan Hernandez), 42. Sebai Senin (Sebaï Séni, Senin Sebai).
Məşqçi: Ervins Perkons (Ervīns Pērkons).
“Zirə”: 12. Maykon Kleyton (Maycon Clayton), 32. Qismət Alıyev (k), 11. Ayxan Hüseynov, 4. Ruan Renato, 9. Davit Volkov (Davit Volkovi), 21. Rikardo Martins (Ricardo Martins), 17. Filipe Vieyra (Filipe Vieira), 3. Dimitri Leqbo (Dimitri Legbo), 7. Eren Aydın, 33. Mehdi Mişahşah, 29. Kris Diqbeu (Chris Digbeu).
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 72. Hüseynəli Quliyev, 6. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 2. Amin Seydiyev, 14. Elçin Əlicanov, 57. Yusif Hacıyev, 10. Giorgi Papunaşvili (Giorgi Papunashvili), 23. Dameyn Smit (Damien Smith).
Baş məşqçi: Rəşad Sadıqov.
19:00. “Sumqayıt” – “Sabah”
Hakimlər: Elvin Bayramov, Asiman Əzizli, Zöhrab Abbasov, Vüqar Həsənli.
VAR: Rəşad Əhmədov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.